Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • Clock-gray 09:22
  • calendar-gray 04 Dekabr 2020

Dekabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,29% – 29,969.52 bəndədək, Nasdaq indeksi 0,23% – 12,377.18 bəndədək yüksəlib, S&P 500 indeksi isə 0,06% – 3,666.72 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında dekabrın 3-də FTSE 100 indeksi 0,42% – 6,490.27 bəndədək yüksılib, Fransa CAC-40 indeksi 0,15% – 5,574.36 bəndədək, Almaniya DAX indeksi isə 0,45% – 13,252.86 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,53% artaraq 1 834 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,26% artaraq 1,2133 dollar təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər