Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • Clock-gray 09:10
  • calendar-gray 06 Yanvar 2021

Yanvarın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,55% – 30,391.60 bəndədək, S&P 500 indeksi 0,71% – 3,726.86 bəndədək, Nasdaq indeksi isə 0,95% – 12,818.96 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 5-də FTSE 100 indeksi 0,61% – 6,612.25 bəndədək yüksəlib, Fransa CAC-40 indeksi 0,44% – 5,564.60 bəndədək, Almaniya DAX indeksi isə 0,55% – 13,651.22 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,31% artaraq 1 949,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,42% artaraq 1,2298 dollar təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər