Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 07 yanvar 2021 09:05 (UTC +04:00)

Yanvarın 6-də Amerika fond bazarında Dow Jones indeksi 1,44% – 30,829.40 bəndədək, S&P 500 indeksi 0,57% – 3,748.14 bəndədək yüksəlib, Nasdaq indeksi isə 0,61% – 12,740.79 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 6-də FTSE 100 indeksi 3,47% – 6,841.86 bəndədək, Fransa CAC-40 indeksi 1,19% – 5,630.60 bəndədək, Almaniya DAX indeksi isə 1,76% – 13,891.97 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,66% azalaraq 1 917,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,2% artaraq 1,2323 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR