Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 10 fevral 2021 09:23 (UTC +04:00)

Fevralın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,03% – 31 375,83 bəndədək, S&P 500 indeksi 0,11% – 3 911,23 bəndədək enib, Nasdaq indeksi isə 0,14% – 14 007,7 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 9-da FTSE 100 indeksi 0,12% – 6 531,56 bəndədək, Fransa CAC-40 indeksi 0,10% – 5 691,54 bəndədək yüksəlib, Almaniya DAX indeksi isə 0,34% – 14 011,8 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,24% artaraq 1 842 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,52 artaraq 1,2118 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR