Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 11 mart 2021 09:02 (UTC +04:00)

Martın 10-da Amerika fond bazarında Dow Jones indeksi 1,46% – 32 297,02 bəndədək, S&P 500 indeksi 0,60% – 3 898,81 bəndədək yüksəlib, Nasdaq indeksi isə 0,04% – 13 068,83 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 10-da FTSE 100 indeksi 0,07% – 6 725,60 bəndədək enib, Almaniyanın DAX indeksi 0,71% – 14 540,25 bəndədək, Fransanın CAC-40 indeksi isə 1,11% – 5 990,55 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,12% artaraq 1 718 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,2% azalaraq 1,1927 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR