Martın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,53% – 32 953,46 bəndədək, S&P 500 indeksi 0,65% – 3 968,94 bəndədək, Nasdaq indeksi isə 1,05% – 13 459,71 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 15-də FTSE 100 indeksi 0,17% – 6 749,70 bəndədək, Almaniyanın DAX indeksi 0,28% – 14 461,42 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,17% – 6 035,97 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 726 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,07% artaraq 1,1938 dollar təşkil edib.