Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • Clock-gray 09:11
  • calendar-gray 17 Mart 2021

Martın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,39% – 32,825.95 bəndədək, S&P 500 indeksi 0,16% – 3,962.71 bəndədək enib, Nasdaq indeksi isə 0,09% – 13,471.57 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 16-da FTSE 100 indeksi 0,80% – 6,803.61 bəndədək, Almaniyanın DAX indeksi 0,66% – 14,557.58 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,32% – 6,055.43 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,19% artaraq 1 729,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,01 azalaraq 1,1902 dollar təşkil edib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər