Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 01 aprel 2021 09:12 (UTC +04:00)

Martın 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,26% – 32,981.55 bəndədək enib, S&P 500 indeksi 0,36% – 3,972.89 bəndədək, Nasdaq indeksi isə 1,54% – 13,246.87 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 31-də FTSE 100 indeksi 0,86% – 6,713.63 bəndədək, Fransanın CAC-40 indeksi 0,34% – 6,067.23 bəndədək, Almaniyanın DAX indeksi isə 0,01% – 15,008.34 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,33% artaraq 1 711,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,11 azalaraq 1,1715 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR