Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib
# 21 fevral 2020 09:01 (UTC +04:00)

Fevralın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,44% – 29 219,98 bəndədək, Nasdaq indeksi 0,67% – 9 750,97 bəndədək, S&P 500 indeksi isə 0,38% – 3 373,23 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 20-də FTSE 100 indeksi 0,27% – 7 436,64 bəndədək, Fransa CAC-40 indeksi 0,80% – 6 062,30 bəndədək, Almaniya DAX-ı isə 0,91% – 13 664,00 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,79% artaraq 1 622,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,2% azalaraq 1,0786 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR