Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
  • Clock-gray 10:01
  • calendar-gray 22 Fevral 2020

Fevralın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,78% – 28,992.41 bəndədək, Nasdaq indeksi 1,79% – 9,576.59 bəndədək, S&P 500 indeksi isə 1,05% – 3,337.75 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 21-də FTSE 100 indeksi 0,44% – 7,403.92 bəndədək, Fransa CAC-40 indeksi 0,54% – 6,029.72 bəndədək, Almaniya DAX-ı isə 0,62% – 13,579.33 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,66% artaraq 1 649,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,6% artaraq 1,0851 dollar təşkil edib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər