Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
# 28 fevral 2020 09:10 (UTC +04:00)

Fevralın 27-də Amerika fond bazarında Dow Jones indeksi 4,42% – 25,766.64 bəndədək, Nasdaq indeksi 4,61% – 8,566.48 bəndədək, S&P 500 indeksi isə 4,42% – 2,978.76 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 27-də FTSE 100 indeksi 3,49% – 6,796.40 bəndədək, Fransa CAC-40 indeksi 3,32% – 5,495.60 bəndədək, Almaniya DAX-ı isə 3,19% – 12,367.46bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,28% artaraq 1 660,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,94% artaraq 1,0990 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR