Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
  • Clock-gray 10:39
  • calendar-gray 29 Oktyabr 2020

Oktyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 3,43% – 26 519,95 bəndədək, S&P 500 indeksi 3,53% – 3 271,03 bəndədək, Nasdaq indeksi isə 3,73% – 11 004,87 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında oktyabrın 28-də FTSE 100 indeksi 2,55% – 5 582,80 bəndədək, Almaniya DAX-ı 4,17% – 11 560,51 bəndədək, Fransa CAC-40 indeksi isə 3,37% – 4 571,12 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,67% azalaraq 1 878,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,47% azalaraq 1,1751 dollar təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər