Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
# 12 yanvar 2021 08:59 (UTC +04:00)

Yanvarın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,29% – 31,008.69 bəndədək, S&P 500 indeksi 0,66% – 3,799.61 bəndədək, Nasdaq indeksi isə 1,25% – 13,036.43 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 11-də FTSE 100 indeksi 1,09% – 6,798.48 bəndədək, Fransa CAC-40 indeksi 0,78% – 5,662.43 bəndədək, Almaniya DAX indeksi isə 0,80% – 13,936.66 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,68% azalaraq 1 852,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,53 azalaraq 1,2158 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR