Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
  • Clock-gray 10:42
  • calendar-gray 27 Fevral 2021

Fevralın 26-da Amerika fond bazarında Dow Jones indeksi 1,5% – 30, 932.37 bəndədək, S&P 500 indeksi 0,47% – 3,811.15 bəndədək enib, Nasdaq indeksi isə 0,56% – 13,192,35 bəndədək artıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 25-də FTSE 100 indeksi 2,53% – 6,483.43 bəndədək, Fransanın CAC-40 indeksi 1,39% – 5,703.22 bəndədək, Almaniyanın DAX indeksi isə 0,67% – 13,786.29 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 2,62% azalaraq 1 728,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,82 arzalaraq 1,2075 dollar təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər