Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
  • Clock-gray 09:04
  • calendar-gray 24 İyun 2020

İyunun 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,50% – 26,156.10 bəndədək, S&P 500 indeksi 0,43% – 3,131.29 bəndədək, Nasdaq indeksi isə 0,74% – 10,131.37 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyunun 23-də FTSE 100 indeksi 1,21% – 6,320.12 bəndədək, Fransa CAC-40 indeksi 1,39% – 5,017.68 bəndədək, Almaniya DAX-ı isə 2,13% – 12,523.76 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,20% artaraq 1 785,6 dollar qalıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,38% artaraq 1,1308 dollar təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər