Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
# 04 noyabr 2020 09:18 (UTC +04:00)

Noyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 2,06% – 27,480.03 bəndədək, S&P 500 indeksi 1,78% – 3,369.16 bəndədək, Nasdaq indeksi isə 1,85% – 11,160.57 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 3-də FTSE 100 indeksi 2,33% – 5,786.77 bəndədək, Fransa CAC-40 indeksi 2,44% – 4,805.61 bəndədək, Almaniya DAX-ı isə 2,55% – 12,088.98 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,98% artaraq 1 908,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,56% artaraq 1,1700 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR