Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
# 06 noyabr 2020 09:03 (UTC +04:00)

Noyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 1,95% – 28,390.18 bəndədək, S&P 500 indeksi 1,95% – 3,510.45 bəndədək, Nasdaq indeksi isə 2,59% – 11,890.93 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 5-də FTSE 100 indeksi 0,39% – 5,906.18 bəndədək, Fransa CAC-40 indeksi 1,24% – 4,983.99 bəndədək, Almaniya DAX-ı isə 1,98% – 12,568.09 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,89% artaraq, 1 944,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,04% artaraq 1,1822 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR