Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
# 10 noyabr 2020 10:01 (UTC +04:00)

Noyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 2,95% – 29,157.97 bəndədək, S&P 500 indeksi 1,17% – 3,550.50 bəndədək yüksəlib, Nasdaq indeksi isə 1,53% – 11,713.78 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 9-da FTSE 100 indeksi 4,67% – 6,186.29 bəndədək, Fransa CAC-40 indeksi 7,57% – 5,336.32 bəndədək, Almaniya DAX-ı isə 4,94% – 12,480.02 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 877,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,13% artaraq 1,1828 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR