Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
# 09 fevral 2021 09:15 (UTC +04:00)

Fevralın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,76% – 31 385,76 bəndədək, S&P 500 indeksi 0,74% – 3 915,59 bəndədək, Nasdaq indeksi isə 0,95% – 13 987,64 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 8-də FTSE 100 indeksi 0,53% – 6 523,53 bəndədək, Fransa CAC-40 indeksi 0,47% – 5 686,03 bəndədək, Almaniya DAX indeksi isə 0,02% – 14 059,91 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,72% artaraq 1 837,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,08 artaraq 1,2056 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR