Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
# 16 fevral 2021 09:16 (UTC +04:00)

Fevralın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,09% – 31,458.40 bəndədək, S&P 500 indeksi 0,47% – 3,934.83 bəndədək, Nasdaq indeksi isə 0,50% – 14,095.47 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 15-də FTSE 100 indeksi 2,52% – 6,756.11 bəndədək, Almaniyanın DAX indeksi 0,42% – 14,109.48 bəndədək, Fransanın CAC-40 indeksi isə 1,45% – 5,786.25 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% azalaraq 1 819 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,1% artaraq 1,2131 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR