Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
# 02 mart 2021 09:06 (UTC +04:00)

Martın 1-də Amerika fond bazarında Dow Jones indeksi 1,95% – 31,535.51 bəndədək, S&P 500 indeksi 2,38% – 3,901.82 bəndədək, Nasdaq indeksi isə 3,01% – 13,588.83 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 1-də FTSE 100 indeksi 1,62% – 6,588.53 bəndədək, Fransanın CAC-40 indeksi 1,57% – 5,792.79 bəndədək, Almaniyanın DAX indeksi isə 1,64% – 14,012.82 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,13% artaraq 1 738,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,26 azalaraq 1,2045 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR