Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
# 02 aprel 2021 09:15 (UTC +04:00)

Aprelin 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,52% – 33,153.21bəndədək, S&P 500 indeksi 1,18% – 4,019.87 bəndədək, Nasdaq indeksi isə 1,76% – 13,480.11 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında aprelin 1-də FTSE 100 indeksi 0,36% – 6,737.30 bəndədək, Fransanın CAC-40 indeksi 0,59% – 6,102.96 bəndədək, Almaniyanın DAX indeksi isə 0,66% – 15,107.17 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,13% artaraq 1 731,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,41% artaraq 1,178 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR