Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 20 aprel 2021 09:21 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin iyun müqaviləsinin dəyəri 1,01% artaraq 1 barelə görə 67,73 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,98% artaraq 64,05 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR