Qızıl noyabrda rekord həddə ucuzlaşıb

Qızıl noyabrda rekord həddə ucuzlaşıb
# 01 dekabr 2020 10:46 (UTC +04:00)

Bu ilin noyabr ayında dünya bazarlarında qızılın dəyəri 5,5% azalaraq, 2016-cı ilin noyabrından bəri ən güclü eniş nümayiş etdirib.

"APA-Economics"in məlumatın görə, ötən gün COMEX birjasında qızılın fevral fyuçerslərinin qiyməti 0,69% və ya 12,4 dollar azalaraq 1 775,7 dollara düşüb.

Ümumiyyətlə, noyabr ayında qızılın dəyəri təxminən 5,5% azalıb. Bununla da, noyabr son 4 il ərzində qızıl üçün ən pis ay oldu. 2016-cı ilin noyabr ayında qızılın 7%-dən çox ucuzlaşmışdı.

Ötən ay qızılın qiyməti dəyişkən olub. Belə ki, ay ərzində qiymətli metalın dəyəri həm maksimal 1 966,1 dollara çatıb, həm də psixoloji göstərici sayılan 1 800 dollar həddindən aşağı olub – 1 767,4 dollar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR