BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib
# 29 may 2019 16:31 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən ONA-ya verilən məlumata görə, AMB-nin 50100576S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99,4959 AZN (6,76%) olan 29 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 875 101 900 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4959 AZN (6,76%), orta ölçülmüş qiyməti 99,4959 AZN (6,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 25.06.2019.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR