BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib
# 25 iyun 2019 17:45 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, AMB-nin 50100976S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99,4787 AZN (6,51%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 727 692 700 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4787 AZN (6,51%), orta ölçülmüş qiyməti 99,4787 AZN (6,51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 24.07.2019-cu il.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR