BFB-də Maliyyə Nazirliyinin 20 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 20 mln. manatlıq istiqrazları yerləşdirilib
# 11 iyun 2019 17:24 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0105010752 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 95,5931 AZN (10,5%) və 101,8365 AZN (7%) olan 26 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 101,2810 AZN (7,3%), orta ölçülmüş qiyməti isə 101,5328 AZN (7,1637%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 96 083 300 AZN, yerləşdirilmiş həcmi isə 20 mln. AZN təşkil edib.

İstiqrazların ödəmə tarixi 08.06.2021-ci il.

Hərrac iştirakçıları 12 iyun 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR