BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
  • Clock-gray 17:03
  • calendar-gray 19 Noyabr 2019

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104011744 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 91,7846 manat (9,0000%) və 94,3689 manat (6,0000%) olan 23 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti  94,3246 (6,0500%), orta ölçülmüş qiyməti 94,3285 (6,0456%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 125 018 000 manat yerləşdirilən həcmi isə 25 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 17.11.2021-ci ildir.

Hərrac iştirakçıları 20 noyabr 2019-cu il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Digər xəbərlər

Arxiv

date