Dünya fond bazarlarında əsas indeks göstəriciləri

Dünya fond bazarlarında əsas indeks göstəriciləri
# 03 avqust 2019 10:47 (UTC +04:00)

Avqustun 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,37% – 26 485,01 bəndədək, S&P 0,73% – 2 932,05 bəndədək, Nasdaq isə 1,32% – 8 004,07 bəndədək enib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında avqustun 2-də FTSE 100 indeksi 2.34% – 7 407,06 bəndədək, Almaniya DAX-ı 3,11% – 11 872,44 bəndədək, Fransa CAC-40 isə 3,57% – 5 359,00 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,96% yüksələrək 1 450,3 dollara bərabər olub.

Avqustun 2-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,0018% artaraq 1,1105 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR