Dünya fond bazarlarında əsas indeks göstəriciləri

Dünya fond bazarlarında əsas indeks göstəriciləri
# 23 avqust 2019 09:07 (UTC +04:00)

Avqustun 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,19% – 26,252.24 bəndədək yüksəlib, S&P isə 0,05% – 2,922.95 bəndədək, Nasdaq 0,36% – 7,991.39 bəndədək enib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında avqustun 22-də FTSE 100 indeksi 1,05% – 7,128.18 bəndədək, Almaniya DAX-ı 0,47% – 11,747.04 bəndədək, Fransa CAC-40 isə 0,87% – 5,388.25 bəndədək enib. COMEX-də qızılın bir unsiyasının qiyməti 0,26% azalaraq 1 504 dollara bərabər olub.

Avqustun 22-nə dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,0003% azalaraq 1,1080 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR