Dünya fond bazarlarında əsas indeks göstəriciləri

Dünya fond bazarlarında əsas indeks göstəriciləri
# 27 avqust 2019 09:17 (UTC +04:00)

Avqustun 26-da Amerika fond bazarında Dow Jones indeksi 1,05% – 25,898.83 bəndədək, S&P 1,10% – 2,878.38 bəndədək, Nasdaq isə 1,32% – 7,853.73 bəndədək yüksəlib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında avqustun 26-da FTSE 100 indeksi 0,47% – 7,094.98 bəndədək enib, Almaniyanın DAX-ı 0,40% – 11,658.04 bəndədək, Fransa CAC-40 isə 0,45% – 5,351.02 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 533 dollara bərabər olub. Avqustun 26-na dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,0037% azalaraq 1,1098 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR