Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib
# 04 sentyabr 2019 09:08 (UTC +04:00)

Sentyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,08% – 26 118,02 bəndədək, S&P 500 0,69% – 2 906,27 bəndədək, Nasdaq isə 1,11% – 7 874,16 bəndədək enib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 3-də FTSE 100 indeksi 0,19% – 7 268,19 bəndədək, Almaniya DAX-ı 0,36% – 11 910,86 bəndədək, Fransa CAC-40 isə 0,49% – 5 466,07 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,52% artaraq 1 549,8 dollara bərabər olub.

Sentyabrın 3-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,03% artaraq 1,097 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR