Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 01 iyul 2019 09:09 (UTC +04:00)

İyunun 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,28% – 26 599,96 bəndədək, S&P 500 0,58% – 2 941,76 bəndədək, Nasdaq isə 0,48% – 8 006,24 bəndədək yüksəlib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında iyunun 28-də FTSE 100 indeksi 0,31% – 7 425,63 bəndədək, Fransa CAC-40 0,83% – 5 538,97 bəndədək, Almaniya DAX-ı isə 1,04% – 12 398,80 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 419,7 dollara bərabər olub.

İyunun 28-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,01% azalaraq 1,137 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR