Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 03 iyul 2019 08:53 (UTC +04:00)

İyulun 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,26% – 26 786,68 bəndədək, S&P 500 0,29% – 2 973,01 bəndədək, Nasdaq isə 0,22% – 8 109,09 bəndədək yüksəlib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında iyulun 2-də FTSE 100 indeksi 0,82% – 7 559,19 bəndədək, Fransa CAC-40 0,16% – 5 576,82 bəndədək, Almaniya DAX-ı isə 0,04% – 12 526,72 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,97% artaraq 1 411,6 dollara bərabər olub.

İyulun 2-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,01% artaraq 1,129 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR