Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
  • Clock-gray 09:11
  • calendar-gray 04 İyul 2019

İyulun 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,67% – 26 966 bəndədək, S&P 500 0,77% – 2 995,82 bəndədək, Nasdaq isə 0,75% – 8 170,23 bəndədək yüksəlib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında iyulun 3-də FTSE 100 indeksi 0,66% – 7 609,32 bəndədək, Fransa CAC-40 0,75% – 5 618,81 bəndədək, Almaniya DAX-ı isə 0,71% – 12 616,24 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,94% artaraq 1 424,8 dollara bərabər olub.

İyulun 3-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,08% azalaraq 1,128 dollar təşkil edib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date