Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 16 iyul 2019 09:13 (UTC +04:00)

İyulun 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,10% – 27 359,16 bəndədək, S&P 500 0,02% – 3 014,30 bəndədək, Nasdaq isə 0,17% – 8 258,19 bəndədək yüksəlib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında iyulun 15-də FTSE 100 indeksi 0,34% – 7 531,72 bəndədək, Almaniya DAX-ı 0,52% – 12 387,34 bəndədək, Fransa CAC-40 isə 0,10% – 5 578,21 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,21% artaraq 1 419,8 dollara bərabər olub.

İyulun 15-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,1% azalaraq 1,126 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR