Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 14 avqust 2019 09:15 (UTC +04:00)

Avqustun 13-də Amerika fond bazarında Dow Jones indeksi 1,44% – 26,279.91 bəndədək, S&P 1,50% – 2,926.32 bəndədək, Nasdaq isə 1,95% – 8,016.36 bəndədək yüksəlib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında avqustun 13-də FTSE 100 indeksi 0,33% – 7,250.90 bəndədək, Almaniya DAX-ı 0,602% – 11,750.13 bəndədək, Fransa CAC-40 isə 0,99% – 5,363.07 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,38% azalaraq 1 503,4 dollara bərabər olub.

Avqustun 14-nə dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,0041% azalaraq 1,1171 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR