Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 20 avqust 2019 09:04 (UTC +04:00)

Avqustun 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,96% – 26,135.79 bəndədək, S&P 1,21% – 2,923.65 bəndədək yüksəlib, Nasdaq isə 1,35% – 8,002.81 bəndədək yüksəlib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında avqustun 19-da FTSE 100 indeksi 1,02% – 7,189.65 bəndədək, Almaniya DAX-ı 1,32% – 11,715.37 bəndədək, Fransa CAC-40 isə 1,34% – 5,371.56 bəndədək yüksəlib. COMEX-də qızılın bir unsiyasının qiyməti 0,48% azalaraq 1 504,7 dollara bərabər olub.

Avqustun 19-na dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,0011% azalaraq 1,1079 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR