Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 05 sentyabr 2019 09:07 (UTC +04:00)

Sentyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,91% – 26 355,47 bəndədək, S&P 1,08% – 2 937,78 bəndədək, Nasdaq isə 1,30% – 7 976,88 bəndədək yüksəlib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 4-də FTSE 100 indeksi 0,59% – 7 311,26 bəndədək, Almaniyanın DAX-ı 0,96% – 12 025,04 bəndədək, Fransa CAC-40 isə 1,21% – 5 532,07 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,05% azalaraq 1 549 dollara bərabər olub. Sentyabrın 4-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,0059% artaraq 1,1029 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR