Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 09 sentyabr 2019 09:07 (UTC +04:00)

Sentyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,26% – 26 797,46 bəndədək, S&P 500 0,09% – 2 978,71 bəndədək yüksəlib, Nasdaq isə 0,17% – 8 103,07 bəndədək enib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 6-da FTSE 100 indeksi 0,15% – 7 282,3 bəndədək, Almaniya DAX-ı 0,54% – 12 191,73 bəndədək, Fransa CAC-40 isə 0,19% – 5 603,99 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 522 dollara bərabər olub.

Sentyabrın 6-da dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,07% azalaraq 1,103 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR