Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
  • Clock-gray 09:10
  • calendar-gray 14 Oktyabr 2019

Oktyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 1,21% – 26 816,59 bəndədək, S&P 500 1,09% – 2 970,27 bəndədək, Nasdaq isə 1,34% – 8 057,04 bəndədək yüksəlib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında oktyabrın 11-də FTSE 100 indeksi 0,84% – 7 247,08 bəndədək, Almaniya DAX-ı 2,86% – 12 511,65 bəndədək, Fransa CAC-40 isə 1,73% – 5 665,48 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,99% azalaraq 1 487,6 dollara bərabər olub.

Oktyabrın 11-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,31% artaraq 1,104 dollar təşkil edib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date