Noyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% – 27 781,96 bəndədək, Nasdaq indeksi 0,04% – 8 479,02 bəndədək enib, S&P 500 indeksi isə 0,08% – 3 096,63 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 15-də FTSE 100 indeksi 0,80% – 7 292,76 bəndədək, Almaniya DAX-ı 0,38% – 13 180,23 bəndədək, Fransa CAC-40 isə 0,10% – 5 901,08 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% artaraq 1 469,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,14% artaraq 1,1020 dollar təşkil edib.