Noyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,11% – 28 036,22 bəndədək, Nasdaq indeksi 0,11% – 8 549,94 bəndədək, S&P 500 indeksi isə 0,05% – 3 122,03 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 19-də FTSE 100 indeksi 0,07% – 7 307,70 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,26% – 13 207,01 bəndədək və Fransa CAC-40 isə 0,16% – 5 929,79 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% artaraq 1 473,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,22% artaraq 1,1076 dollar təşkil edib.