Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib
# 21 noyabr 2019 09:11 (UTC +04:00)

Noyabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,40% – 27 821,09 bəndədək, S&P 500 indeksi 0,38% – 3 108,46 bəndədək, Nasdaq indeksi isə 0,51% – 8 526,73 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 21-də FTSE 100 indeksi 0,84% – 7 262,49 bəndədək, Almaniya DAX-ı 0,48% – 13 158,14 bəndədək, Fransa CAC-40 isə 0,25% – 5 894,03 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% azalaraq 1 472,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05% azalaraq 1,1072 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR