Bu gün Bakı Fond Birjasında Azərbaycan Milli Bankının 28 450,2 min manatlıq notları yerləşdirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Milli Bankının 28 450,2 min manatlıq notları yerləşdirilib
# 30 iyul 2008 21:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103019S seriyalı, ümumi həcmi 40 mln. manat, hərraca çıxarılan həcmi 30 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti isə 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 9 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 28 450 200 manat təşkil edib. Sifarişlər 99,10% (gəlirlik 11,68%) – 99,22% (gəlirlik 10,11%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,10% (gəlirlik 11,68%), orta ölçülmüş qiyməti isə 99,16% (gəlirlik 10,89%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi, 2 266 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 28 450 200 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin avqustun 27-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR