Bu ilin yanvar-iyul aylarında BFB-də bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 5 mlrd. manata çatıb

Bu ilin yanvar-iyul aylarında BFB-də bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 5 mlrd. manata çatıb
# 01 avqust 2008 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 4 995,209 mln. manat təşkil edib. BFB-dən «APA-Economics»ə verilən məlumata görə, ilin ilk yeddi ayı ərzində bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi ötən ilin müvafiq dövrünün eyni göstəricisini 243,39% üstələyir. Bu əməliyyatların 97,66%-i dövlət qiymətli kağızlarının payına düşür.
Birja fəallığının artımı mütəşəkkil qiymətli kağızlar bazarının bütün seqmentlərində nəzərə çarpmayıb, azalma korporativ qiymətli kağızlar sektorunda müşahidə olunub. Belə ki, səhmlərin üzrə ilkin bazarda həcmin azalması 47,76%, təkrar bazarda isə 99,73% təşkil edib. Ən böyük artım isə repo əməliyyatları sektorunda (486,42%) və notların təkrar bazarında (250,79%) müşahidə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR