“5X” ani lotereyasında 100 000 manat qazanıldı - FOTO

“5X” ani lotereyasında 100 000 manat qazanıldı - FOTO
# 13 may 2022 17:46 (UTC +04:00)

Daim yenilənən oyunları ilə lotereya həvəskarlarını sevindirən “Azərlotereya” ASC-nin yeni “5X” ani lotereyası 5 qat qazanmaq şansı yaradır.

33 500 000 manat uduş fonduna sahib “5X” ani lotereyasında böyük uduş 100 000 manatdır. Satışa buraxıldıqdan az sonra ani lotereyada mövcud olan 4 böyük uduşdan biri 100 000 manat qazanıldı. Böyük uduş Sumqayıt şəhər sakininə qismət olub. Qalan 3 uduş öz şanslı qalibini gözləyir.

“5X” ani lotereyasında satışa buraxılmış biletlərin ümumi sayı 10 000 000 ədəd, ani lotereyada uduşlu biletlərin sayı 2 602 704 ədəddir. Uduş fondunun məbləği 33 500 000 manat, uduş fondunun faiz nisbəti isə 67 faizdir.

Diqqətinizə çatdırmaq istərdik ki, lotereya oyunlarının təşkili iştirakçıların əyləncəli vaxt keçirməsinə hesablanıb. Lotereya oyunlarında iştirak etməklə boş vaxtınızı şansınızı sınayaraq dəyərləndirə bilərsiniz. “Azərlotereya”nın dünyanın tanınmış şans oyunları şirkəti “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır.

Qeyd edək ki, 18 yaşı tamam olmuş şəxslər lotereya oyunlarında könüllü şəkildə iştirak edə bilərlər.

“5X” ani lotereyası, eləcə də “Azərlotereya” ASC-nin digər ani lotereyaları “40 000 000 Pul Yağışı”, “Brilliant”, “Şans ulduzu”, “Qızıl” biletlərini bütün “Misli” məntəqələri və lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri, “Maxi.az” mağazalar şəbəkəsində əldə edə bilərsiniz.

“5X” və “Brilliant” ani lotereyalarında böyük uduşlar 100.000 manat təşkil edir. Hər iki lotereyada böyük uduşlar və milyonlarla digər artan uduşları qazanmaq imkanı sizi gözləyir.

Lotereya və mərc oyunları ilə əlaqədar daha ətraflı məlumat əldə etmək, oyunlarda iştirak edərək şansınızı sınamaq üçün “Azərlotereya” ASC-nin https://azerlotereya.com/azhttps://www.misli.az/ rəsmi internet səhifələrini ziyarət etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR