ADY: Qatarların sürət həddi küləkli hava şəraitinə uyğun tənzimlənir

ADY: Qatarların sürət həddi küləkli hava şəraitinə uyğun tənzimlənir
# 09 fevral 2023 16:47 (UTC +04:00)

Hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC (ADY) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, həmçinin qatarların sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir.

“Sərnişinlərdən də öz növbəsində platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR