Azərbaycan banklarının xalis mənfəəti 21,3% artıb

Azərbaycan banklarının xalis mənfəəti  21,3% artıb
# 22 iyun 2022 14:34 (UTC +04:00)

2022-ci ilin ilk beş ayında Azərbaycanın bank sektorunun xalis mənfəəti 21,3% artaraq 331,5 milyon manata bərabər olub.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu dövrdə bankların əməliyyat gəlirləri 1,459 milyard manat, əməliyyat xərcləri 937,1 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 117,9 milyon manat, gözlənilməz xərcləri 0,1 milyon manat, mənfəət vergisi ödəmələri isə 73,1 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR