Azərbaycanda BOKT-un yarım milyonluq istiqrazları alınıb

Azərbaycanda BOKT-un yarım milyonluq istiqrazları alınıb
# 28 dekabr 2022 16:24 (UTC +04:00)

Dekabrın 28-də Bakı Fond Birjasında (BFB) BOKT “Kredaqro” MMC-nin istiqrazları üzrə hərrac keçirilib.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. BOKT-un tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat olan 500 min manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarına hərrac zamanı 9 investor maraq göstərib. İstiqrazın illik faiz dərəcəsi 11%, faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

Qeyd edək ki, yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR